• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1520
— 18.12.2023 10:33

Oturaq həyat tərzi

Texnologiyaların inkişafı və hazırki, həyat şərtləri insanların daha çox rahatlığa üstünlük vermələrinə, qeyri-aktiv həyat tərzi sürmələrinə səbəb olur.

Türkan Mehdiyeva- tələbə: “Oturaq həyatın sağlamlığımıza mənfi təsirləri vardır. Zərərləri bilsək də, biz bunu görməzdən gəlirik. Çox zaman bəzi insanlar bir-iki idman hərəkəti etməklə, aktiv həyat tərzi sürdüklərini düşünürlər”.

Gənclər çox vaxt dostlarla zaman keçirərkən müxtəlif oyunlar oynayaraq, söhbətlər edərək zamanın neçə keçdiyini görmürlər. Bu faydasız məşğuliyyətləri təmiz havada yürüş etməklə əvəz etsək, necə də gözəl olar.

Türkan Mehdiyeva- tələbə: “Əslində biz istirahət etməsək, həm psixoloji baxımından, həm də fiziki baxımdan yorğun olarıq. Nəzərdə tutmuram ki, 24 saat telefon arxasında zaman keçirməklə istirahət etmək, oyun oynamalı, film izləməli, əksinə, aktiv məşğuliyyətlərlə məşğul ola bilərik”.

Sadəcə istirahət zamanı deyil, dərs vaxtı da zamanımızın çox hissəsini masa arxasında keçiririk. Fərqində olmasaq da bu, həm zehni, həm də fiziki cəhətdən yorğun olmağımıza gətirib çıxarır.

Akif Abbasov- tələbə: “Mən bir gənc olaraq zamanımın çox hissəsini oturaq keçirirəm. Dərs zamanı, həmçinin dərsdən çıxdıqda da nəqliyyat vasitələrindən istifadə etdiyim üçün passiv həyat tərzi sürürəm. Evə gəldikdə də oturaq həyata davam edirəm, telefonla oyunlar oynayaraq, sosial şəbəklərdə daha çox zaman keçirməmə səbəb olur. Bunun  insan orqanizminə mənfi cəhətləri vardır ki, ayağa qalxdıqda başgicəllənməsi, belimdə ağrılar olur.

Gəzinti sadəcə fiziki olaraq deyil, zehni cəhətdən də rahatlamağımıza səbəb olur ki, insan məsafələri getdikcə, bütün problemləri arxada qoyduğunu hiss edir.

Əli Səfərov- sahibkar: “Fikrimcə müasir zamanda gənclər daha çox oturaq işlərə üstünlük verir ki, sosial şəbəkə üzərindən işlər buna daha çox uyğundur. “Online” işin tərəfdarıyam, çünki istənilən yerdən işi idarə etmək olar”.

Ürfanə Əzimova

ƏTRAFLI...