• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1436
— 17.12.2023 19:21

Ağdamın Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərindəki tikinti işlərində yeni üsuldan istifadə olunur

KepezTV Player

Ağdamın işğaldan azad edilən Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində aparılan tikinti işlərində şahbulaq yatağında istehsal olunan mişar daşlarından da istifadə olunur. Bu isə Ağdamda yeni iş yerlərinin yaradılması deməkdir. Bu barədə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin şöbə müdiri Leyla Sarabi deyib. Kəndlərin tikintisində yeni üsuldan istifadə olunur. 
Leyla Sarabi- Xidmətin şöbə müdiri:  "B
u üsuldan ilk dəfə Kəngərli kəndində istifadə olunub.  Beləliklə, biz dağıntıları xüsusi qırıcı maşınlar vasitəsilə tikinti materialına çeviririk, ondan sonra isə yol yataqlarının salınmasında istifadə olunur. Həmçinin Ağdamda inzibati mərkəzin də, parkların inşası da, daxili yol kommunikasiya şəbəkəsinin də salınması nəzərdə tutulur".