• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1769
— 16.12.2023 18:55

Tədqiqat məqsədilə "ağıllı ferma" yaradılır

KepezTV Player

Cənubi Koreya müəssisələrinin qabaqcıl təcrübələrinin Azərbaycanda tətbiqi məqsədilə ağıllı ferma layihəsinin sınaqdan keçirilməsini labüd edib. Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda yaradılan heyvandarlıq kompleksində tətbiq ediləcək yenilik smart texnologiyarla heyvanların izlənməsinə əsaslanır. Genomik analizlərin aparılmasına imkan verir. 

Kyekvon Co- Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin Bakı nümayəndəliyinin rəhbəri: “Kənd Təsərrüfatı Nazirliyi ilə də bir neçə dəfə görüşdə olmuşuq. Onlara təklif vermişik kənd təsərrüfatının işlərini asanlaşdırmaq üçün ağıllı kənd təsərrüfatı sisteminə girməkdir. Bu həm məhsuldarlığı artırır, həm də işləri rahatlaşdırır. Bu sistemi burada tətbiq etmək üçün nümunə olaraq Heyvandarlıq Elmi Tədqiqat İnistitutunda quraşdırırıq. Bu, bizim üçün açılışdır. Əsas hədəfimiz Qarabağ ərazisində bunu quraşdırmaqdır. Bunun üçün də əlimizdən gələni edirik və bu hər iki dövlətlər arasında əlaqələrin güclənməsinə bir vasitə olacaqdır. Cənab prezidentin tapşırığı belədir ki, Qarabağda ağıllı kənd və ağıllı fermalara üsütünlük verilsin. Biz də gələcəkdə istəyirik ki, orada iş götürüb, işləyək”.

Fermada yeni texnologiyalardan istifadə elmi tədqiqat işləri üçün də yenilikdir. Bu, həm də birgə təhlillərin aparılmasına imkan verəcək. 

Mahir Hacıyev- HETİ-nin direktoru: “Azərbaycanda məhsuldar heyvanların elektron bazasının yaradılmasıdır. Onların məhsuldarlıq keyfiyyəinin təyin olunmasıdır. Tədqiqat məqsədi üçün bunu bizə təhkim olunmuş fermada tətbiq edəcəyik. Respublikamızda olan iribuynuzlu maldarlıqda dönüşün yaradılmasıdır, məhsuldarlığın artırılmasıdır. Əhalinin müəyyən qədər qarşıda duran parametrlərdə əvvəlcədən müəyyən edilməsinə imkan yaradacaqdır”.

İnstitutda yaradılan 100 başlıq heyvandarlıq kompleksində yaradılan ağıllı fermanın sınaq variantı ilə tanışlıq da olub. Burada heyvanların vizual müşahidəsi, havalandırma, avtomatlaşdırılmış su və yem təminatı təşkil edilib. 

Tural Abbasov- laboratoriya müdiri: “Fərq ondadır ki, yeni nəticələr əldə etmək üçün heyvan daim nəzarət altında olacaqdır. Heyvandarlıqda məhsuldarlığı qaldırmaq üçün 24 saat nəzarət olunmalıdır. Onun həvəsə gəlməsidir, yemdən istifadəsidir, nə qədər həzmə gedəcəyidir, bunu müəyyənləşdirəcəyik. Təbii ki, bunları müəyyənləşdirdikdə, məhsuldarlıq yüksələcəkdir”.

Fermada buzovların saxlanması və süd sağımı üçün də müasir imkanlar yaradılıb. 

Elnur Vahidoğlu