Ekoloji prioritetlər və iqtisadi təhdidlər diqqət mərkəzində olub
Gəncədə "Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər, yeni çağırışlar, imkanlar və perspektivlər mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbir kitablardan, rəsm əsərlərindən, ekoloji təmiz məhsullardan hazırlınan yeməklərdən və startaplardan ibarət sərgiyə baxışla başlayıb. Konfransda ətraf mühitin qorunmasından, qlobal iqtisadi təhidlərdən danışılıb. Davamlı inkişaf kontekstində ekoloji siyasətin prioritet istiqamətləri və yaşıl iqtisadiyyat barədə danışılıb. Ekoloji siyasət və ekoloji təhlükəsizlik, yaşıl iqtisadiyyat, maliyyə, energetika, yaşıl şəhər, yaşıl nəqliyyat, bankçılıq kimi istiqamətlər üzrə müzakirələr aparılıb. Yaşıl qida, dizayn və sağlam həyat tərzinin əhəmiyyəti vurğulanıb. Təşkil olunan dəyirmi masada konfrans iştirakçılarının mövzu ilə bağlı fikirləri səsləndirilib. “Davamlı inkişaf kontekstində ekoloji siyasətin prioritet istiqamətləri və yaşıl iqtisadiyyat” adlı kitabının təqdimatı da keçirilib. Konfrans çərçivəsində Gəncə Dövlət Universiteti ilə Belarus Dövlət İqtisad Universiteti arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Sadiq Qurbanov- Milli Məclisin komitə sədri: “COP29-un Azərbaycanda keçirilməsindən sonra da dünyada yeni bir istiqamət açılacaq və bu konfrans da həmin COP 29-un keçirilməsi üçün bir başlanğıc kimi qəbul olunmalıdır. Bu gün Gəncə həm də ona görə seçilmişdir ki, Gəncə həm yaşıl şəhərdir və Gəncədəki bu sahədəki elmi mühit də icazə verir ki, biz bu sahənin aktuallığını məhz Gəncədən başlayaq”.
Elmi-praktiki konfransın davamı olaraq iştirakçılar Göygöl rayonunda Hacıkənd meşəbəylinin ərazisində Eldar şamı ağacları əkiblər. Daha sonra Göygöl Milli Parkının ərazisində gölə 1500 ədəd körpə Farel balığı buraxılıb.
Fərid Mehdiyev
- Baxış: 275