• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 854
— 15.12.2023 17:01

Rəşid Behbudovun xatirə gecəsi keçirilib

KepezTV Player

Gəncədə Rəşid Behbudovun xatirəsinə həsr olunan konsert proqramı təqdim edilib. Filarmoniyada təşkil edilən tədbir dünya şöhrətli müğənninin anadan olmasının 109 illiyinə həsr edilib. Konsert proqramında SSRİ Xalq artistinin mahnılarından ibarət musiqilər səsləndirilib. Gecədə Gəncə Dövlət Filarmoniyasının Estrada Ansamblı və Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə Rəşid Behbudovun ifalarından ibarət mahnnılar ifa edilib. Bənzərsiz səsi ilə milli musiqimizi və Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda tanıdılmasında böyük rolu olan müğəninin yaddaşlarda qalan mahnılarının təqdimatı gurultulu alqışlarla qarşılanıb. Həmçinin, filarmoniyanın rəqqas və balet artistləri tərəfindən nümayiş etdirilən teatrlaşdırılmış rəqs nömrələri tamaşaçıların böyük marağına səbəb olub.

Fərid Mehdiyev