• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1463
— 14.12.2023 10:26

Gənc tarzən

Xalqımızın dəyərlərini öz sədalarında əks etdirən milli çalğı alətləri zənginliyi və müxtəliflikləri ilə seçilir. Onların əksəriyyəti qədim dövrlərdə yaranaraq, təkmilləşərək dövrümüzə gəlib çatıb. Bu dəfə də milli alətlərimizdən biri olan tarda ifa etməyi bacaran istedadlı gəncimizlə maraqlı söhbətimiz olacaq.

Vüsal Bağırov- tarzən: “Tar sənəti atamın sənəti olub. Mənim də uşaqlıqdan marağım olub, həm  də ailəm dəstəklədiyinə görə qərar verdim ki, özümü və bacarığımı bu sahədə sınayım. Düzdür, əvvəllər çətin olsa da, sonra yavaş-yavaş öyrəndim. Öz üzərimdə hər zaman işləyirəm. Və sənətimi davam etdirirəm”.

“Musiqi ruhun qidasıdır”, deyirlər və unutmayaq ki, musiqi – düşünmür, düşüncələri həyata keçirir. Hər bir musiqi alətinin özünəməxsus istifadə qaydası var. Bəziləri hətta incəlik tələb edir. Tar da belə alətlərdən biridir.

Vüsal Bağırov- tarzən: Tar 3 hissədən ibarətdir: kəllə, qol, çanaq. 11 simdən ibarətdir: ağ, sarı, kök simlər və s. Tarı ifa edərkən diqqətli olacağımız nüanslar var. Məsələn: sazı sinə üzərində düzgün tutmaq lazımdır. Kökləyərkən diqqətli olmalıyıq ki, simlər qırılmasın”.

Musiqinin sözün yaxşı mənasında yeniliyə ehtiyacı yoxdur. Əksinə, nə qədər köhnədirsə, bir o qədər təsirlidir.

Lalə Bağırova

ƏTRAFLI...