![](http://kepeztv.az/sites/default/files/styles/newsdetail/public/kepez_26.jpg?itok=TufB64RI)
Azərbaycan Premyer Liqasında XVII tura start verilib. İlk gündə bir oyun keçirilib. Açılış matçında “Kəpəz” “Sumqayıt”ı qəbul edib. Tovuz şəhər stadionunda baş tutan qarşılaşmanın 20-ci dəqiqəsində qonaqlar Roi Kehatın qolu ilə hesabı açsalar da, Gəncə təmsilçisi 43-cü dəqiqədə "status-kvo"nu bərpa edib. Georgi Papunaşvili adını tabloya yazdırıb. Bu nəticədən sonra “Sumqayıt” xallarının sayını 24-ə, “Kəpəz” isə 14-ə yüksəldib.
- Baxış: 219