• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 919
— 14.12.2023 16:47

İcma: Ermənistan rəsmilərinin son günlər söylədikləri fikirlər bu ölkənin sülh müqaviləsinin imzalanması prosesini yubatdığını göstərir

Ermənistan rəsmilərinin son günlər sülh müqaviləsinin imzalanması üçün “3 prinsipə riayət olunması”, “qoşunların sərhəddən geri çəkilməsi”, “beynəlxalq qarant mexanizmi” barədə dedikləri fikirlər bu ölkənin sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını göstərir. Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. "Görünür, bunun səbəbi Fransa başda olmaqla, xarici ölkələrdən alınan silahların və Avropa İttifaqının bu ölkədəki missiyasının sayının artırılmasının Ermənistana verdiyi güvəndir. Ermənistan qeyri-konstruktiv yanaşmadan əl çəkməlidir", - deyə bəyanatda vurğulanıb.