• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2011
— 14.12.2023 15:05

Kəlbəcər rayonunda 5 yerdə turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulur

KepezTV Player

Kəlbəcərdə beş yerdə - Vəng, İstisu, Zülfüqarlı, Sultan-Heydər və Dəmirçidam turizm və rekreasiya zonasının yaradılması planlaşdırılır. Bunu Dövlət Turizm Agentliyinin sektor müdiri Elgün Cavadov bildirib. Bundan başqa, Xocavəndə Hadrut, Ağbulaq, Tuğ və Böyük Tağlar, Zəngilanda Qaragöz, Qubadlıda isə Qubadlı turizm və rekreasiya zonaları mövcud olacaq.