KepezTV Player
Türkiyənin futbol liqalarında oyunların bərpa olunma tarixi müəyyənləşib. Bu barədə Türkiyə Futbol Federasiyasından məlumat verilib. Çempionatlarda növbəti turun matçlarının dekabrın 19-da keçirilməsini qərara alınıb. Türkiyə Superliqasının XV turunun “Ankaragücü” – “Rizəspor” oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydançaya daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub. Bu səbəbdən yerli futbol federasiya bütün liqaların təxirə salındığını açıqlamışdı.
- Baxış: 135