KepezTV Player
Azad edilmiş ərazilərdə məskunlaşmış əhali növbədənkənar prezident seçkilərinin seçici siyahısına daxil edilib. Orada da həmin proses baş tutacaq. Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində partiyanın namizədinin İlham Əliyev olacağını bildirib. Bununla bağlı yaxın günlərdə YAP İdarə Heyətinin iclası keçiriləcək. 2021-ci ildə keçirilən sonuncu qurultayda qəbul edilən nizamnaməyə görə, Prezidentliyə namizədliyin irəli sürülməsi səlahiyyəti İdarə Heyətinə verilib.
- Baxış: 124