KepezTV Player
Dubayda Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi münasibətilə tədbir təşkil olunub. COP28 çərçivəsində fəaliyyət göstərən Azərbaycan pavilyonunda təşkil olunan tədbirdə Prezidentin köməkçisi Anar Ələkbərov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və digər ölkələrdən olan qonaqlar iştirak ediblər. Tarzən Şəhriyar İmanovun rəhbərliyi ilə Azərbaycanın milli kompozisiyalarından ibarət konsert proqramı təqdim olunub.
- Baxış: 201