• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 890
— 12.12.2023 09:31

Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxış edib

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib. Ceyhun Bayramov həmçinin çıxışında Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi barədə görüş iştirakçılarını ətraflı məlumatlandırıb. Azərbaycanın öz haqlı narahatlığını hərtərəfli və açıq şəkildə ifadə etməsinə baxmayaq, bəzi Avropa İttifaqına üzv dövlətlər tərəfindən qızışdırıcı ritorikanın və birtərəfli addımların davam etdirilməsindən narahatlıq ifadə edilib. Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərə nail olmadığı, əksinə Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunduğu bildirilib. Ceyhun Bayramov bir daha bütün aidiyyəti tərəfləri Ermənistan və Azərbaycan arasında normallaşmaya zərər verməməyə çağırıb.