• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1371
— 12.12.2023 09:25

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür

KepezTV Player

Bu gün Ümummilli Lider Heydər Əliyevin vəfatından 20 il ötür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. Ulu Öndər 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Prezidenti seçilib. 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini topladığı üçün ölkə rəhbəri vəzifəsinin icrasına davam edib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Ulu Öndər səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib və namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. Həmin il dekabrın 12-də Ümummilli Lider ABŞ-ın Klivlend Klinikasında vəfat edib. Prezident İlham Əliyevin 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Ulu Öndərin siyasəti və dəsti xətti əbədiyaşar ideologiyaya çevrilib. Məhz Heydər Əliyevin əsasını qoyduğu siyasətin davamı olaraq, bu gün Qarabağ da, Şərqi Zəngəzur da azaddır. Allah rəhmət etsin!