• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 914
— 08.12.2023 16:02

"YAŞAT" fondunun 3 illik fəaliyyəti ilə bağlı hesabat

KepezTV Player

"YAŞAT" Fondu şəhid ailələri və yaralıların borclarının ödənilməsi üçün 7 milyon manatdan çox vəsait xərcləyib". Bunu "YAŞAT"ın rəhbəri Elvin Hüseynov fondun 3 illik fəaliyyəti ilə bağlı hesabat konfransında deyib. Onun sözlərinə görə, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 918, itkin ailə üzvlərinin 3 və yaralıların 1379 müraciəti olmaqla, ümumilikdə 2 min 300 müraciət təmin edilib. Həmçinin qeyd olunub ki, ötən müddət ərzində fonda ümumilikdə 234 min 637 nəfərin müraciəti daxil olub.

Elvin Hüseynov- "YAŞAT" Fondunun rəhbəri: “Bu müraciətlər əsasında 14 441 unikal şəxsin 43 021 müraciəti təmin olunub. Bu müraciətlər dediyimiz kimi "YAŞAT" Fondunun fəaliyyət istiqamətlərini təmin edir. Və bu da o deməkdir ki, artıq orta hesabla 1 şəxin 3 müraciəti tərəfimizdən təmin edilib. Yəni həmin müraciətlər öz həllini tapıb. 43 021 müraciət öz həllini tapıb. Həmin o problemlərin həlli üçün “YAŞAT” Fondunun büdcəsindən vəsait ayırılıb. Həmin vəsait də 79 milyon 400 min manatdan artıq vəsait edir”. 

Azad Mustafayev