Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistan birgə açıqlamasını alqışlayıb. Bu barədə siyasətçi sosial şəbəkədə yazıb. “Saxlanılanların azad edilməsi və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayırıq. İndi liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram”, – o qeyd edib.
ABŞ Azərbaycan və Ermənistanın saxlanılanların dəyişdirilməsini alqışlayır
ABŞ da Azərbaycan və Ermənistanın saxlanılanların dəyişdirilməsini alqışlayır. Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Millerin müvafiq mövzulu bəyanatında bildirilib. “Bu öhdəlik tərəflərin sülh müqaviləsini prosesini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üzərində işlədiyi bir vaxtda mühüm etimadın möhkəmləndirilməsi tədbiridir.”, – sənəddə qeyd olunub.
- Baxış: 110