• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2124
— 07.12.2023 19:53

Şəhid ailələri ilə görüş keçirilib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi və "YAŞAT" Fondunun birgə təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olanların məktəbli övladları ilə görüş keçirilib. Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin əməkdaşları tərəfindən “Peşə seçiminin psixoloji məqamları” mövzusunda təqdimat nümayiş etdirilib. Şagirdlərə Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan dərs vəsaitləri, test topluları, fənlər üzrə qiymətləndirmə tapşırıqları hədiyyə edilib. 

Nəsimi Məmmədov- DİM Gəncə Regional Bölməsinin müdiri: “DİM tərəfindən şəhid övladlarına lazım olacaq imtahanlara hazırlaşması üçün vəsaitlərin təqdim edilməsi həyata keçirilir. Bugünkü tədbirimiz də bununla bağlıdır ki, 9-10-11-ci siniflərdə təhsil alan şəhid övladlarının şagirdləri ilə görüş keçirdik. Onlara lazım olacaq imtahan-buraxılış, qəbul imtahanları ilə bağlı öz istəkləri və arzularına uyğun şəhid övladlarının pulsuz şəkildə həm imtahan qeydiyyatından keçməsi və ümumi DİM tərəfindən həyata keçiriləcək bütün tədbirlərdə ən öndə olacaq, diqqətdə olacaq, həmin övladlarımızın gələcəkdə təhsil almaları ilə bağlı nə addım varsa o addımı atmaq bizim borcumuzdur”.

Pərvin Abbaszadə