Azərbaycan Texnologiya Universitetində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycanda yerli özünüidarəetmənin mövcud vəziyyət və inkişaf prespektivləri” mövzusunda elmi-parktiki seminar keçirilib. Seminarda ümummilli lider Heydər Əliyev tərəfindən ilk dəfə olaraq ölkəmizdə bələdiyyə seçkiləri keçirilməsindən danışılıb. Bunun Avropa və beynəlxalq qrumlar tərəfindən yüksək dəyər aldığı vurğulanıb. Bu istiqamətdə ölkəmizdə çoxsaylı qanun layihələrinin hazırlandığı bildirilib. Azərbaycanda bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazasının formalaşmasının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilib. Ulu öndər tərəfindən hüquqi, demokratik ənənələrinin əsasının qoyulduğuna diqqət çəkilib. Seminarda bir qrup tələbəyə təşəkkürnamələr təqdim edilib və Heydər Əliyevə həsr olunan videoçarx nümayiş olunub.
Fizuli Məmmədov- ATU-nun kafedra müdiri: “Heydər Əliyev cənabları Azərbaycanda elə bir sahə olmayıb ki, onun imzası orada olmasın. Eyni zamanda Azərbaycanda yerli özünüidarəetmənin bugünkü səviyyəyə gəlib çatmasıda onun böyük xidmətləri vardır. Yerli özünüidarəetmənin Azərbaycanda memarı məhz ulu öndərimiz Heydər Əliyevdir. Bu gün də biz əgər yerli özünüidarəetmə orqanları üçün yüksək ixtisaslı peşəkar kadrlar hazırlayırıqsa, biz ulu öndərə borcluyuq”.
Fərid Mehdiyev
- Baxış: 162