KepezTV Player
Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları xidmət aparan zaman bir nəfər şəxsin rayon sakini olan qadının pul qabını soyğunçuluq yolu ilə taladığını görüblər. Həmin şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Araşdırmalar zamanı şəxsin əvvəllər məhkum olunmuş, Bəhruz Verdiyev olması məlum olub və şübhəli şəxs törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 164