• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1675
— 06.12.2023 19:42

Qızılcaya qarşı peyvəndləmə aparılır

KepezTV Player

Gəncədə son vaxtlar yayılan qızılcaya qarşı vaksinasiya aparılır. Peyvənd vurulmayan və ya peyvənd vaxtı çatan uşaqlar prosesə cəlb edilib. Vaksinasiya şəhərin bütün Ailə Sağlamlıq Mərkəzlərində aparılır. Respublika Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən göndərilən peyvəndlər qızılcaya yoluxmanın qarşısını alır və ya xəstəliyin yüngül formada keçməsini təmin edir. Peyvəndləmənin aparıldığı 4 gün ərzində 500-ə yaxın uşaq vaksinasiya edilib. 

Almaz Tomiyeva- Gəncə GEM-in şöbə müdiri: “Bizim bazamızda 3 minə qədər dozamız var. Respublika GEM-nin verdiyi və instruksiyada yazıldığı kimi, 11 yaşı tamam olan və vurulmayan uşaqların hamısına tapşırmışıq ki, ASM-lər vurulsun. Bilirsiniz ki,  xəstəliyi müalicə etmək çox çətindir nəinki, profilaktika. Ona görə də peyvənd etmək lazımdır”.

Vüsalə Məmmədova- Yeni Gəncə ASM-in şöbə müdiri: “Dörd gün ərzində biz Yeni Gəncə ASM olaraq 131 uşağı qızılca əleyhinə peyvənd etmişik. Bizim müəssisəmizdə 24 nəfər peyvənddən kənar qalan uşaqlar var. 108 nəfər uşaq plana uyğun peyvəndlənən uşaqlardır. Hansı ki, onun 41 nəfəri 1 yaşı tamam olan uşaqlardır. Digər uşaqlar isə 6 yaşı olan uşaqlardır”.

Aygül Hacıyeva- valideyn: “Mən uşağımı peyvəndə gətirdim. Zəng vurdular ki, qızılcaya qarşı peyvənd vurdurulmalıdır. Vurdurduq və hər şey yaxşı keçdi. Məsləhət görərdim ki, hər kəs uşaqlarını vaxtlı-vaxtında peyvənd etdirsin”.

Elnur Rzayev