“Azərbaycan Ordusunun hərbi qulluqçusunun saxta ittihamlarla azadlıqdan məhrum edilməsi, cəzasının ağırlaşdırılaraq ömürlük həbslə əvəz olunması beynəlxalq hüququn norma və prinsiplərinə ziddir”. Ombudsman Səbinə Əliyeva qeyd edib ki, Ermənistanın bu təxribatyönümlü addımı iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində görülən işlərə ciddi maneə yaradır. "Ermənistan tərəfi qanunsuz olaraq azadlıqdan məhrum edilmiş Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundovu, həmçinin hərbçimiz Aqşin Bəbirovu dərhal azad etməli, onların ölkəmizə geri qaytarılması üçün zəruri addımlar atmalıdır.", - deyə Ombudsman vurğulayıb. Ermənistanın Cinayət İşləri üzrə Apellyasiya Məhkəməsi bu ölkədə əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovla bağlı cinayət işinə baxıb və onun ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
- Baxış: 173