KepezTV Player
Bakıda 15-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir. Müdafiə nazirinin müavini Aqil Qurbanov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycanın "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından ordu generalı İrfan Özsertə təqdim olunub. Sonra Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində həmsədrlər rəhbərlik etdikləri nümayəndə heyəti ilə birgə Hərbi Dialoq İclasına başlayıblar. 15-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası dekabrın 8-dək davam edəcək.
- Baxış: 146