• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2113
— 06.12.2023 18:47

Abonentlərin qazla təminatı yaxşılaşdırılır

KepezTV Player

Gəncədə abonentlərin qaz təminatı yaxşılaşdırılır. İşlər Natəvan qəsəbəsində yerinə yetirilir. Qəsəbədə qazlaşdırma iki küçəni əhatə edir. Sakinlər tərəfindən pərakəndə çəkilən borular həm qazın təzyiqini aşağı salırdı, həm də itkilərə səbəb olurdu. Bu günədək 1300 metrə yaxın yeni qaz xətti çəkilib və işlərin yaxın vaxtlarda başa çatdırılacağı planlaşdırılır. Gəncə Regional Qaz İstismarı İdarəsi tərəfindən görülən işlər 170-dən çox abonentin mavi yanacağa olan tələbatını yaxşılaşdıracaq.  

Elmar Abdullayev- sakin: “Küçə xətləri çox köhnə idi. Təzyiq olmurdu. Sağ olsun, qaz idarəsi gəlib, bütün küçəmizin xətlərini təzələyirlər. Allah qoysa, normal qazımızı yandıraraq”.

Namiq Qılıcov- Gəncə Regional Qaz İstismar İdarəsinin şöbə rəisi: “Ərazidə Azəriqaz İstehsalat Birliyi tərəfindən bütün təminatlarla təmin olunmuşuq. İşlər plan üzrə gedir. 2023-cü ilin planında nəzərdə tutulmuş vaxtda işlər yekunlaşacaq. Yaxın günlərdə işlərin tamamlanması nəzərdə tutulur. İşlər yekunlaşdıqdan sonra köçürmələr olunacaq, vətəndaşlar normal qazla təmin olunacaq”.

Orxan Cəfərzadə