• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 882
— 06.12.2023 12:05

Azərbaycan Prezidenti: Biz regiona sülhü artıq gətirmişik

KepezTV Player

Biz suverenliyimizi iki il yarım bundan əvvəl bərpa edəndə gördük ki, Qarabağda böyük həcmdə çoxsaylı erməni kontingenti var və onlar heç bir beynəlxalq hüququn prinsiplərinə məhəl qoymurdular. Bu gün separatçıların rəhbərləri Azərbaycandadırlar. Onlar buraya gəlmək istəyirdilər və bizi hədələyirdilər ki, tank üzərində gələcəklər. Bu gün isə Azərbaycanda mühakimə olunmağı və bizim ədliyyə sisteminin yekun qərarını gözləyirlər. Bunu Prezident İlham Əliyev ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” Forumunda bildirib. 

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: “Bir gündən az sürən antiterror tədbirləri nəticəsində suverenliyimizi bərpa etdik. Tədbirlər nəticəsində mülki infrastruktur və dinc əhali arasında heç bir itki olmamışdır. Biz dərhal bəyan etdik ki, erməni qoşunları silahı yerə qoyan kimi, biz əməliyyatı dayandıracağıq və onlara çıxmağa imkan verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olan kimi əməliyyata son qoyuldu. Bu, sonuncu görüşümüzdən sonra baş verən ən mühüm hadisələrdir. Bu gün biz bir neçə beynəlxalq çağırışla üzləşirik. Təəssüf olsun ki, biz tərəfdaş hesab etdiyimiz bəzi ölkələrlə müəyyən anlaşılmazlıq yaşayırıq. Biz öz mövqeyimizi onlara çatdırırıq və bütün ölkələrə qarşı beynəlxalq hüququn şamil olunmasının vacibliyini qeyd edirik. Bu, selektiv olmamalıdır. Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə həll edib. Bu, Azərbaycanın suveren hüququ idi ki, öz ərazisinə tam şəkildə nəzarəti həyata keçirsin.Biz regiona sülhü artıq gətirmişik. Biz onu müharibə yolu ilə etmişik. Məncə, buna daha geniş diqqət yetirilməlidir. Bu, təkcə Qafqazla bağlı deyil. Sülhə hərbi yolla necə nail olmaq olar, biz bunu nümayiş etdirdik".