KepezTV Player
Azərbaycanla əməkdaşlığa xitam vermək ABŞ-ın maraqlarına zidd olardı. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. "Biz heç vaxt deməmişik ki, Azərbaycanla əməkdaşlığı davam etdirmək fikrində deyilik. Bu, bizim maraqlarımıza, eləcə də regionda sülh və təhlükəsizlik maraqlarına ziddir", - deyə o bildirib. Miller qeyd edib ki, ABŞ həm Azərbaycan, həm də Ermənistanla birbaşa əlaqələri davam etdirir və onları davamlı sülhü təmin etməyə çağırır. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen dekabrın 6-8-də Azərbaycanda səfərdə olacaq. O, ikitərəfli münasibətləri gücləndirmək və Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləmək üçün Bakıda Azərbaycan rəsmiləri ilə görüşəcək.
- Baxış: 185