• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 668
— 05.12.2023 16:50

Qarabağa qayıdışa dair konfrans

KepezTV Player

Zəngilanda “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” Forumu çərçivəsində panel müzakirə keçirilib. Tədbirdə Qarabağda aparılan bərpa və quruculuq işləri, işğaldan azad edilən ərazilərə qayıdış prosesində Azərbaycan modeli barədə xarici ekspertlərə məlumat verilib.

Emin Hüseynov- Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi: "Konfransda bu gün işğaldan azad olanan ərazilərdə görülən işlərlə bağlı təqdimatlar edildi, məlumatlar verildi. İşin miqyası, keyfiyyəti, sürəti kifayət qədər böyük marağa səbəb oldu. Hətta bəzi ölkələr Azərbaycanın bu nümunəsini öz ölkələrində faydalanmağı istədilər və bu barədə qarşılıqlı fikirlərimiz oldu. Ümid edirəm ki, bu konfransın əsas nəticəsi olaraq, qarşıdakı dövlərin qabaqcıl texnologiyasının öyrənilərək tətbiq olunması üçün əlimizdən gələni edəcəyik".