• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 811
— 05.12.2023 16:45

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı beynəlxalq konfrans keçirilib

KepezTV Player

Bakıda “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans keçirilib. Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə baş tutan tədbirdə 30 ölkədən 100-ə yaxın nümayəndə iştirak edib. Beynəlxalq konfransda Qərbi azərbaycanlıların ata-baba yurdlarına təhlükəsiz, sülh şəraitində və ləyaqətlə qayıdışı məsələləri müzakirə olunub.