• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 825
— 05.12.2023 16:59

Torpaqdan səmərəli istifadə vacibdir

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində Ümumdünya Torpaq Günü münasibətilə “Dayanıqlı Kənd Təsərrüfatında Torpaq Amili” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbirdə bütün dünyada, o cümlədən ölkəmizdə kənd təsərrüfatına yararlı torpaq resurslarının məhdudluğuna diqqət çəkilib. Torpaqdan səmərəli istifadənin vacibliyi qabardılıb. Dünyada ərzaq və qida təhlükəsizliyi problemlərinin əsas mənbəyinin torpaq resurslarından qaynaqlandığı deyilib. Azərbaycanda bu istiqamətdə atılan addımlar sayəsində gələcəkdə müsbət nəticələr əldə olunacağına əminlik vurğulanıb. Bildirilib ki, bu cür konfransların təşkili böyük önəm daşıyır və elmi əhəmiyyəti vacibdir. Konfrans öz işini günün ikinci yarısı bölmələrdə davam etdirib.