• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 877
— 05.12.2023 16:24

Könüllülük həyatımızın bir hissəsinə çevrilib

KepezTV Player

Gəncədə  “5 dekabr – Beynəlxalq Könüllülər Günü” münasibətilə tədbir keçirilib. Ölkədə mötəbər tədbirlərin keçirilməsində könüllülərin aparıcı qüvvə olduqları, könüllülüyün bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrildiyindən danışılıb. Könüllülüyün ölkəmizin hər bir bölgəsinə, ictimai həyatının müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etdiyi vurğulanıb. Həmçinin, gənclərimizin həyat tərzinə çevrildiyi də xüsusi ilə diqqətə çatdırılıb. Tədbirdə il ərzində fəal olan bir qrup könüllülərə təşəkkürnamələr də təqdim edilib.

Elnur Rzayev