KepezTV Player
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Misir müdafiə nazirinin dəvəti ilə "EDEX 2023" sərgisində iştirak etmək üçün bu ölkədə səfərdədir. Müdafiə naziri sərgidə nümayiş etdirilən Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə, eləcə də Türkiyə şirkətlərinə məxsus silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub. Şirkət rəhbərləri ilə görüşlərdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Zakir Həsənov İtaliya və Misir şirkətlərinin stendlərində təqdim edilən müasir silah və döyüş texnikası nümunələrini də maraqla izləyib.
- Baxış: 193