• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1820
— 04.12.2023 13:24

Nizami Gəncəviyə həsr olunan ədəbi-bədii xoreoqrafik musiqili gecə keçirilib

KepezTV Player

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində dahi şair Nizami Gəncəviyə həsr olunan ədəbi-bədii xoreoqrafik musiqili gecə keçirilib. Tədbirdə Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr edilmiş teatrlaşdırılmış səhnələr, dahi şairin sözlərinə bəstələnmiş romanslar təqdim olunub. Ədəbi-bədii xoreoqrafik musiqili gecədə Gəncə Dövlət Dram Teatrının aktyorları, Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və solistləri, "Göygöl" Dövlət Mahnı və Rəqs ansamblı çıxış edib. “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində keçirilən tədbir geniş tamaşaçı kütləsi tərəfindən böyük maraqla qarşılanıb.

Aişə Rzayeva