• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 964
— 02.12.2023 19:36

Mikayıl Cabbarov: Azərbaycan istixana qazı emissiyalarını 2050-ci ilədək 40 faiz azaldılmasını hədəfləyir

KepezTV Player

Azərbaycan istixana qazı emissiyalarını 2050-ci ilədək 40 faiz azaldılmasını hədəfləyir. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov COP28 Zirvə görüşündə deyib. Nazirin sözlərinə görə, bura 30 illik erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqlim dəyişikliyi ilə bağlı öhdəliklərin yerinə yetirilməsinə töhfə verən “yaşıl enerji” zonasının yaradılması daxildir. Nazir vurğulayıb ki, Azərbaycan qlobal təşəbbüslərin qəbulundan sonra onların geniş şəkildə təşviqi və həyata keçirilməsinə güclü sadiqlik nümayiş etdirib

İqtisadiyyat naziri Mikayıl Cabbarov: ən son sənədi 2023-cü ilin oktyabr ayında “Masdar” şirkətinin iştirakı ilə Socar şirkətinin iştirakı ilə toplam gücü 1 qiqavat malik olan günəş və külək stansiyalarının tikilməsidir. Və düşünürük ki, ölkəmiz özlərinə götürdüyü hədəfləri və yaxud hədəflədiyi göstəriciləri 2030-cu il üçün toplam enerji balansımızda bərpa olunan enerji mənbələrimizin hədəflərə çatdırılması məqsədini vaxtından öncə yerinə yetirəcək.