• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1822
— 01.12.2023 15:55

Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə növbəti yardım göndərib

KepezTV Player

Azərbaycan Diasporuna Dəstək Fondu havaların soyuması ilə əlaqədar Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Kahramanmaraş bölgəsinə quru yolu ilə humanitar yardım göndərib. Bu barədə Diasporla İş üzrə Dövlət Komittəsindən məlumat verilib. İçərisində 6200 yorğan və adyal, 175 kondisioner, 1500 ədəd isidici, eyni zamanda, yemək bişirmək üçün 1000 soba olan iki TIR qardaş ölkəyə yola salınıb.