• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2104
— 01.12.2023 12:08

Mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb saxlanılıb

KepezTV Player

Goranboy Rayon Polis Şöbəsinə rayon ərazisindəki mağazalardan birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Araşdırmalar zamanı naməlum şəxs və ya şəxslərin gecə saatlarında mağazanın qapısını sındıraraq içəri daxil olması və oradan 100 manat nağd pul və 2911 manat dəyərində müxtəlif satış məhsullarını oğurlaması məlum olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvələr məhkum olunmuş rayon sakini, Elçibəy Fətullayev maddi sübutların bir qismi ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.