• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1360
— 01.12.2023 09:25

Facebook və İnstagram üçün foto və videoların süni zəka vasitəsilə redaktə funksiyaları təqdim edilib

Meta şirkəti Facebook və İnstagram üçün süni zəka vasitəsilə fotoların redaktə və videoların tərtibatı funksiyalarını təqdim edib. Sözügedən funksiyalar mətn formatında təsvirlər əsasında çalışırlar. Birinci funksiya Emu Edit adını əldə edib. Sözügedən funksiya mətn formatında lazımi təsvirlər sayəsində fotonun dəqiq redaktəsi imkanını verir. Bu funksiya sayəsində məsələn fotodakı iti panda ilə əvəzləmək və ya fotodakı geyim üzərinə hər hansısa yazını əlavə etmək olar. Bununla belə redaktə prosesi çərçivəsində redaktəsi planlaşdırılan obyektdə lazımi sahəni fərdi şəkildə seçməyə ehtiyac qalmayacaq. İkinci funksiya Emu Video adını əldə edib. Bu funksiya mətn formatında təsvirlər və ya hazır kadrlar sayəsində qısa videolar tərtib etməyi bacarır. Bu yeni funksiyaların Facebook ilə Instagram-da nə zaman istifadəyə veriləcəkləri barəsində məlumat təqdim edilməyib.