• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1372
— 30.11.2023 17:05

“Kəpəz” Azərbaycan Kubokunda 50-ci ev oyununu keçirib

KepezTV Player

“Kəpəz” Azərbaycan Kubokunda 50-ci ev oyununu keçirib. Bu, turnirin II təsnifat mərhələsinə təsadüf edib. Gəncə təmsilçisi “Baku Sportinq”ə 2:0 hesabı ilə qalib gəlib. Qərblilər kubokdakı 50 ev oyununda 31 qələbə qazanıb, 6 heç-heçə edib və 13 dəfə uduzub. “Kəpəz” ölkə kuboku tarixinə öz meydanında 50 və daha çox matç keçirən 4-cü komanda kimi düşüb. Yalnız “Neftçi”, “Qarabağ” və “Şamaxı” daha çox görüşə çıxıb. “Kəpəz” Azərbaycan Kubokunda ilk matçını 1993-cü ildə 1/32 finalda “Nicat”a qarşı keçirib və 1:2 hesabı ilə uduzub.