• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1252
— 28.11.2023 16:08

Orta və yaşlı əhali qızılcaya qarşı peyvənd olunacaq

KepezTV Player

2023-cü ilin aprel ayından ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i yaşlı insanlar arasında olub. Səhiyyə Nazirliyindən verilən məlumata görə, yoluxmanın əsas səbəbi kimi peyvəndlərdən yayınma halları göstərilir. Yaşa görə peyvəndlərdən kənar qalan uşaqların aktiv aşkarlanması və təcili vaksinasiyaya cəlb edilməsi işinə nəzarət artırılıb. Bununla yanaşı, epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədi ilə vaksinasiyası üçün peyvənd tətbiq olunacaq.