• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1002
— 28.11.2023 11:43

Azərbaycan qlobal miqyasda minalarla ən çox çirklənmiş ölkələr arasındadır

KepezTV Player

Azərbaycan qlobal miqyasda minalarla ən çox çirklənmiş ölkələr arasındadır. Son üç il ərzində azad edilmiş ərazilərdə 109 552 mina və digər partlayıcı qalıqlar aşkarlanıb. Bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. 10 noyabr 2020-ci il tarixindən bu günə kimi 337 nəfər müharibənin partlayıcı qalıqlarının qurbanı olub, 65 nəfər həyatını itirib, 272 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.