• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1653
— 28.11.2023 11:36

Güclü külək Bakıda doqquzmərtəbəli binanın dam örtüyünü qoparıb

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinə güclü külək səbəbindən Nəsimi rayonu, Azadlıq prospekti, 88 ünvanında yerləşən iyirmiikimərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində pəncərə çərçivəsinin qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal əraziyə cəlb edilən xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə pəncərə çərçivəsi kənarlaşdırılaraq mümkün ağır fəsadlar aradan qaldırılıb və sakinlərin təhlükəsizliyi təmin edilib.

Bundan başqa, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, bina 20 ünvanında doqquzmərtəbəli yaşayış binasının dam örtüyünün qoparaq asılı vəziyyətdə qalmış hissəsi müvafiq qaydada götürülüb və Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, bina 79a ünvanında yerləşən iyirmibirmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsinin eyvanında qopan metal parçası bərkidilərək ətrafdakı insanlar üçün yaranmış təhlükə aradan qaldırılıb.