• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1797
— 27.11.2023 16:03

Füzulidə daha 25 ailəyə evlərinin açarları təqdim olunub

KepezTV Player

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərin açarları təqdim olunub. Bu gün 25 ailə olmaqla 106 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıb. Ailələr sevinc hissi ilə mənzilllərinin açarlarını təhvil alaraq öz evlərində məskunlaşıblar. Bununla da Füzuli şəhərində 308 ailə olmaqla 1106 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.