KepezTV Player
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Mərkəzdə əsaslı təmir və tikinti işləri yüksək keyfiyyətlə aparılıb və bu ilin noyabrında başa çatdırılıb. Ümumi ərazisi 2,2 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb. Təlim-Məşq Mərkəzi müasirliyi ilə diqqəti cəlb edir. Mərkəzdə qadınlar və yeniyetmələr üçün böyük idman zalı yaradılıb. Burada eyni zamanda 60 idmançı məşq edə biləcək. Əsas binada kişilər və gənc oğlanlar üçün nəzərdə tutulan məşq zalında isə eyni vaxtda 100 idmançı məşq edəcək. Mərkəzdəki bütün məşq zalları Beynəlxalq Cüdo Federasiyasının standartlarına uyğun olan tatamilər ilə təchiz olunub.
- Baxış: 163