• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1790
— 27.11.2023 12:12

Havanın temperaturu aşağı enəcək

KepezTV Player

Havanın temperaturu ötən günlərlə müqayisədə 6-9 dərəcə aşağı enəcək. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı bildirilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Bu arada, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib. Bu gün və sabah ölkə ərazisində hava ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Nazirlik güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə edib.