• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1321
— 27.11.2023 11:58

Qarabağa avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılır

KepezTV Player

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunan ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə dekabr ayına olan biletlər noyabrın 28-də saat 11:00-da satışa çıxarılacaq. Sərnişinlər müəyyən olunan marşrut xətləri üzrə biletləri yolumuzqarabaga portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Müntəzəm avtobus reysləri ilə səfər etmək üçün yaş məhdudiyyəti aradan qaldırıldığından artıq 18 yaşına çatmayan şəxslər üçün də bilet almaq mümkündür. Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 647 reys həyata keçirilib, 26 530 sərnişin işğaldan azad olunan əraziləri ziyarət edib.