• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1898
— 27.11.2023 08:53

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

KepezTV Player

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlərdən ibarət növbəti köç karvanı paytaxtdan yola düşüb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 106 nəfər köçürülür. İndiyədək Füzuli şəhərində 308 ailənin, yəni 1106 nəfərin daimi məskunlaşması təmin edilib.