Elçin Cabbarov- sürücü: “Nəyə görə hibrid maşını seçdim? Çünki, 100 km-ə 4 lt yanacaq sərfiyyatı var. Həm cibə qənaətdir, həm ekologiyaya. Qarşıda arzu odur ki, elektrik avtomobilinə keçmək. Hibridin mənfi cəhətinə gəlsək, hələ ki, bizdə o mühərrik üçün o qədər avtoservislər, təmir yerləri yoxdur, hələ o qədər təkmilləşməyib”.
Bununla belə ölkəyə gətirilən hibrid avtomobillərin sayı, həm də dəyəri artıb. 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana ümumi dəyəri 291 milyon dollardan çox 11769 ədəd hibrid avtomobil idxal olunub. Bu da ötən ilin müvafiq dövründəkindən 20.5 % artıqdır. Bu isə o deməkdir ki, hibrid mühərrikli avtomobillərə tələbat formalaşıb.
Səxavət Əkbərov- sürücü: “Fikir verirsiniz ki, əvvəlki illərə baxanda, indi şəhərimizdə, nəinki şəhərimizdə ölkəmizdə, dünyada hibrid maşınların sayı get-gedə durmadan artır. Yəqin ki, müəyyən zamandan sonra biz də keçərik. Ümumiyyətcə hamı ekonoma doğru gedir. Birinci, az yanacaq sərfiyyatına görə. Bir də bu ekologiyamızı təmizləmək məqsədilə get-gedə bu çirkablardan hava kirliliyinə görə hibritə get-gedə zamanla üstünlük veriləcək”.
Polad Yarəhmədov- sürücü: “Ekonomiyasına, yanacaq qənaətinə görə yaxşıdır. Bu dəqiqə get-gedə onsuz da bütün dünya ekonomiyaya gedir. Avropa bəlkə də 20 il bundan qabaq ekonomiyadadır, biz indi başlamışıq. Biri var benzin, mazut, dizel bunları yandıra, istər-istəməz orda yanma prosesi getdikcə zəhərli qazlar buraxır. Amma hibriddə elə deyil, elektrikdir”.
Söylənilənlər, qaz, benzin və dizellə avtomobil sürənlərin də fikrini dəyişdirib. İndi bir çox sürücülər nəqliyyat vasitələrini hibrid formalıya dəyişməyi düşünür.
Eldar Yusifov- sürücü: “Mənim işlətdiyim maşın benzindir. Eşitdiyimə görə, hibrit maşınlarda həm benzindir, həm elektrik enerjisi. Yəni sərfəlidir. Mən də istəyirəm ki, bu maşını bir az işlədəm, yazda satıb, hibrit almaq fikrim var”.
Hibrid avtomobillərə tələbatın çox olmasına səbəb, yanacağa verilən pula qənaət etməkdir. Lakin elektrik enerjisi baxımından da imkanların istənilən səviyyədə olmaması müşahidə edilməkdədir.
Bəhram Verdiyev- ATU-nun Mexanika və Logistika kafedrasının dosenti: “Bu dəqiqə dünyada ən problemli məsələlərdən biri yanacaqdır. Yanacağın çox işlədilməsi bir də ki, təbiətin qorunması üçün istifadə olunan yanacaqlardan tullantıların çox çıxmasıdır. Ona görə də bizim hal-hazırda istifadə etdiyimiz maşınlardan biri də hibrid maşınlardır. Tam elektriklə işləməktən ötrü xüsusi enerji lazımdır. Axı enerji qıtlığı da var. Bunları nəzərə alaraq, hibrid maşınlar layihələndirildi. Həmin hibrid maşınları 60 sürətinə qədər elektriklə işləyir. Bəs elektriki haradan alır? Özü yığır. Artıq yanacaq doldurmur, ona pul vermir, enerjini özü yığır, 60-dan artıq sürəti keçəndə artıq keçir benzinə, dizelə və ya qaza”.
Son illərdə ən uğurlu və gəlirli olan hibrid avtomobillərinin satışı ildən-ilə artır. Artım həm qiymətlərdə müşahidə edilir. Bununla belə tələbatın da artması ölkəyə gətirilən bu tip nəqliyyat vasitələrini çoxaldır. Belə gedişat yollarda ənənəvi avtomobillərin sayına təsirsiz ötüşməyəcək.
Pərvin Abbaszadə
- Baxış: 372