• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1326
— 26.11.2023 19:17

Şəhid ailələrinin üzvləri və qazilərin müalicəsi aparılır

KepezTV Player

Kardiorevmatoloji sanatoriya Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Burada ürək ağrılarından əziyyət çəkənlər, açıq ürək əməliyyatı, eləcə də infarkt keçirənlər, xroniki revmatizm, fəqərə ağrıları olanlar kompleks müalicə olunurlar. Hazırda sanatoriyada 28 nəfər şəhid ailəsinin üzvü və 10 qazinin reabilitasiyası aparılır. 

Afilə Novruzova- şəhidin həyat yoldaşı: “Mingəçevirdə 6 ildir ki, müalicə alıram. Gəncədə Anju olmuşam. Ürəyimdə qan çatışmazlığı var. Qan dövranı yaxşı getmir. Təngnəfəs oluram, havam çatışmır. Kürəyim, sinəm ağrıyır, 6 ildir dərman içirəm. Gəlmişəm, burada müalicə alıram”.

Xalidə Quluyeva- şəhid anası: “Sumqayıt şəhərindən gəlmişəm. Ürəyimdə problem var. Belimdə, onurğamda sürüşmə var. Neçə ildir müalicələr almışam. Sağ olsunlar, şəhid analarına dəstək var, məni bura dəvət etdilər. Dörd gündür burdayam. Yeriməyim də yaxşılaşır”.

İlham Quluyev- şəhid atası: “Ürək ritmlərimdə pozğunluq, təngnəfəslik var idi. Bir neçə günün içində vanna qəbul elədik. Çox yaxşı nəticələr əldə elədik”.

Səxavət İmanov- 1-ci Qarabağ müharibəsinin veteranı: “Ürəyimdə ağrılar var idi. Müalicəm gedir. Özümü yaxşı hiss edirəm”.

Sanatoriyaya göndəriş alanlara ümumi müayinədən sonra 14 günlük müalicə prosedurları təyin edilir. 

Kamil Hüseynov- baş həkim: “Bizim əsas müalicəmiz fizioterapiyadır. İynə, dərman köməkedici vasitədir. Həm rejimlə, dietik yeməklər, müalicə idmanı, cürbəcür toklar və vannalar, palçıq. Belə kompleks müalicə qəbul edirlər və ona görə də iki həftə ərzində bizim xəstələr şəfa tapırlar”.

Sanatoriya 50 çarpayılıqdır. İlin əvvəlindən indiyə kimi 110 şəhid ailəsinin üzvü və 45 qazi burada müayinə və müalicə olunub. 700-ə yaxın vətəndaş də sanatoriyanın xidmətlərindən yararlanıb.

Elnur Vahidoğlu