• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1974
— 26.11.2023 18:44

Türkiyə müdafiə naziri Azərbaycana səfərə gəlib

KepezTV Player

Türkiyə milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfərə gəlib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Yaşar Gülər Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin toplantısında iştirak edəcək. Türkiyə müdafiə nazirini Heydər Əliyev Beynəlxalq Aeroportunda azərbaycanlı həmkarı Zakir Həsənov qarşılayıb.