Gəncədə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “İntellektual Klubların lV Gənclər Liqası” keçirilib. Yarış Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. Əsas turnirdə iştirak üçün respublikanın 50 şəhər və rayonundan 500 komanda qeydiyyatdan keçib. Komandaların tərkibi 16-29 yaş aralığında olan gənclərdən ibarət olub. Yarışda ümumilikdə 4000-dən çox gənc intellektual bacarığını ortaya qoyacaq. 12 komandanın qatıldığı Gəncə yarışında iştrakçı komandalar 30 sualı maksimum şəkildə düzgün cavablandıraraq final mərhələsinə keçmək üçün qüvvələrini sınayıblar. Turnirin əsas məqsədi intellektual oyunların gənclər arasında təbliği, onların asudə vaxtlarının səmərəli təşkili, region gənclərinin şəbəkələşməsi və Heydər Əliyev irsi barədə maarifləndirilməsidir. 9-10 dekabr tarixində Qubada keçiriləcək böyük finalda iştrak edəcək region qalibləri “Breyn-Rinq”, "Erudit Kvartet” kimi məşhur oyunlarda mübarizə aparmaq şansı qazanacaqlar.
Anaxanım Rzazadə- layihələr üzrə koordinator: “İntellektual Klubların Gənclər Liqası Azərbaycanın ən böyük intellektual turniridir və hal-hazırda Gəncə şəhərində zona finalı həyata keçirildi. Zona finalında Gəncə-Daşkəsən regionundan komandalar iştirak edirlər. Zona finalından sonra ümumi respublika üzrə böyük final tədbiri keçiriləcək və bu, böyük finalda ümumi olaraq 12 komanda iştirak edəcək və bu 12 komanda arasında biz inanırıq ki, məhz Gəncə-Daşkəsən regionunu təmsil edən komandalardan da kifayət qədər komanda olacaq”.
Pərvin Abbaszadə
- Baxış: 211