Qadın voleybolçular arasında Azərbaycan birinciliyində növbəti tur çərçivəsində “Gəncə” klubu evdə “Azərreyl”i qəbul edib. Görüş Gəncə Olimpiya İdman Kompleksində baş tutub. Qarşılaşmada Nizami yurdunun təmsilçisi güclü rəqibinə müqavimət göstərə bilməyib. Hər üç setin qalibi qonaqlar olub.
“Gəncə” VK-nın baş məşqçisi Serqey Çasnavitski: Komandamız bu il yığılıb. Qarşımızda böyük hədəf var. 4 dövrə davam edəcək çempionatda pley off mərhələsinə yüksəlmək istəyirik. Pley off tamam fərqli olacaq. Hələlik komandada stabillik və özünəgüvən çatışmır. Ancaq çempionat yeni başlayıb. Növbəti oyunlarda daha yaxşı oynaya biləcəklərini göstərə bilərlər. Düşünürəm ki, gələcək oyunlarda bu məsələ həllini tapacaq. İnanıram ki, qarşımıza qoyduğumuz hədəfə çatıb, pley off mərhələsinə vəsiqə qazanacağıq. Yanvar ayında heyətdə dəyişiklik olacaq. Ehtiyac olan mövqedə daha da güclənəcəyik və daha yaxşı çıxış edəcəyik.
- Baxış: 304