KepezTV Player
Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri monitorinq zamanı rayonun Əmirvar kəndi ərazisində qanunsuz olaraq “Kamaz” markalı yük avtomobili ilə dağ süxurunun daşınması fakt aşkarlanıb. Sürücü barəsində protokol tərtib olunub. Bundan başqa şöbə əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional idarəsinin əməkdaşları ilə birlikdə keçirdikləri monitorinq zamanı rayonun Quşçu kəndi qalaqlanmış və yandırılmış məişət tullantıları aşkarlanıb. Faktla müvafiq sənədləşmə aparılıb.
- Baxış: 229